Bank Of Baku

Etibar Məmmədov Xorvatiyaya gedib

Etibar Məmmədov Xorvatiyaya gedib
# 25 aprel 2007 12:26 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Beynəlxalq Demokratiya İttifaqının (BDİ) konfransında iştirak etmək üçün Xorvatiyaya gedib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 25-dən 27-dək Dubrovnik şəhərində keçiriləcək konfransda dünyanın 70-dən çox ölkəsindən 86 sağ-mərkəzçi partiyanın nümayəndələri iştirak edəcək. Toplantıda dünyada gedən ictimai-siyasi proseslər, demokratikləşmə, insan hüquqlarının müdafiəsi, İranın nüvə proqramı və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, AMİP 1997-ci ildən BDİ-nin üzvüdür, E. Məmmədov isə 2003-cü ildə BDİ sədrinin müavini seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR