Bank Of Baku

Aşqabadda keçirilən müzakirələrdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın bəzi maddələri üzrə konsensus əldə olunub

Aşqabadda keçirilən müzakirələrdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın bəzi maddələri üzrə konsensus əldə olunub
# 25 aprel 2007 12:35 (UTC +04:00)
Toplantıda Konvensiya layihəsinin razılaşdırılmamış maddələri ətrafında bənd-bənd müzakirələr aparılıb və bəzi maddələrlə bağlı konsensus əldə olunub. Tərəflər Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması ilə bağlı danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Toplantının sonunda Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupun 22-ci toplantısının Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Toplantının vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək. Qeyd edək ki, işçi qrupun toplantısında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR