Bank Of Baku

QAT mayın 8-də yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

QAT mayın 8-də yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 25 aprel 2007 12:40 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğalının ildönümü - “İşğal olunmuş ərazilər günü” ilə əlaqədar mayın 8-də saat 11-də Məşədi Əzizbəyov heykəlinin qarşısından Şəhidlər Xiyabanı istiqamətində yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yürüşdə “Qarabağa azadlıq!”, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Minsk Qrupunun səmərəsiz fəaliyyətinə son qoyulsun!”, “Ədalətsiz vasitəçilik missiyası rədd edilsin!”, “Torpaqlarımız hərbi yolla işğaldan azad edilsin!”, “İşğalçı Ermənistana qarşı müqəddəs müharibə!” şüar və tələbləri səsləndiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR