Bank Of Baku

MSK aşağı seçki komissiyalarının üzvləri üçün təlim kurslar keçəcək

MSK aşağı seçki komissiyalarının üzvləri üçün təlim kurslar keçəcək
# 25 aprel 2007 12:40 (UTC +04:00)
Ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün iki həftəlik kurslara başlayacaq. Bu barədə APA-ya MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Komissiya üzvləri üçün ümumilikdə 70 saat müddətində seminarların keçiriləcəyi nəzərdə tutulub. Kursun mövzularının müəyyənləşdiyini bildirən N. Məmmədov seçki hüququ və seçki prosedurlarının yerinə yetirilməsinin əsas xətt olacağını qeyd edib. MSK katibi mayda kursların paytaxtda, sonrakı mərhələdə isə bölgələrdə keçiriləcəyini deyib. Keçiriləcək dərslərin sonunda kurs iştirakçılarına sertifikatlar veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR