Bank Of Baku

MSK-nın keçmiş üzvü Ənvər Əliyev 1988-ci ilin meydan hadisələri ilə bağlı kitab yazıb

MSK-nın keçmiş üzvü Ənvər Əliyev 1988-ci ilin meydan hadisələri ilə bağlı kitab yazıb
# 25 aprel 2007 13:26 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Ənvər Əliyev 1988-ci ildə Bakıda keçirilən mitinqlərin qaranlıq məqamlarına həsr olunmuş “Meydan sirləri” adlı kitab yazıb. Bu barədə APA-ya məlumat verən Ə. Əliyev kitabda istintaq materiallarından istifadə etdiyini deyib: “Azərbaycanın müasir tarixində qaranlıq məqamlardan biri də 1988-ci ildə təşkil olunan mitinqlərdir. Həmin tarix ayrı-ayrı şəxslərin dilindən çox vaxt saxta şəkildə təqdim olunur. Hazırladığım kitabda mitinqin təşkilatçıları kimi təqdim edilən şəxslərin ifadələrinə də yer verilib. Bəlli olur ki, özlərini qəhrəman kimi təqdim edənlər əslində bu hərəkata xəyanət ediblər”. Ə. Əliyevin sözlərinə görə, həmin şəxslər öz ifadələrində hakimiyyət orqanları ilə əlbir olduqlarını söyləyiblər və mitinqlərin dağıdılmasında oynadıqları rol haqqında məlumatlar veriblər: “Kitabda mənim heç bir şərhim yoxdur. Onlar özləri ifadələrində hansı məqsədə xidmət etdiklərini açıqlayıblar”. Ə. Əliyev kitabın çapa tam hazır olduğunu, amma maliyyə problemlərinə görə nəşrin yubandığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR