Bank Of Baku

Yeni Zaman Partiyasının təsis qurultayı iyunda keçiriləcək

Yeni Zaman Partiyasının təsis qurultayı iyunda keçiriləcək
# 25 aprel 2007 13:32 (UTC +04:00)
“Yeni Zaman Partiyasının heç bir bloka qoşulmaq niyyəti yoxdur. Yalnız bir neçə partiya ilə əməkdaşlığa dair ikitərəfli saziş imzalayacağıq”. Bu açıqlamanı APA-ya Yeni Zaman Partiyasının Təşkilat Komitəsinin sədri Musa Ağayev verib. Onun sözlərinə görə, partiyanın Təşkilat Komitəsində Azərbaycanın ictimai-siyasi arenasında tanınmış şəxslər cəmləşib və o, bu insanların dəstəyi ilə xüsusi nüfuza malik təşkilat yaranacağına əmindir. M. Ağayev partiyanın heç bir blokda təmsil olunmayacağını da söyləyib: “Biz Azərbaycanda partiyaların blok daxilində fəaliyyətini qeyri-qənaətbəxş hesab edirik. Bu baxımdan partiya heç bir qurumun təsis etdiyi blokda təmsil olunmayacaq”. M. Ağayev rayon təşkilatlarının təsis konfranslarının mayda yekunlaşacağını, partiyanın qurultayının iyunun əvvəlində keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR