Bank Of Baku

Siyavuş Novruzov: “Biz müxalifətə ağac əkib, yol çəkməyi məsləhət görürük”

Siyavuş Novruzov: “Biz müxalifətə ağac əkib, yol çəkməyi məsləhət görürük”
# 25 aprel 2007 13:34 (UTC +04:00)
“Azərbaycan müxalifətinin bu qədər zəif olması bizi narahat edir. Biz ölkədə iqtidara layiq müxalifət olmasını istəyirik. Amma bu gün belə müxalifətin olmamasına təəssüf edirik”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov deyib. Müxalifət partiyalarının növbəti seçkilərdə də ciddi uğur qazanacağına inanmayan S. Novruzov “həmin partiyaların kitabının bağlandığını və arxiv materialına çevrildiklərini” vurğulayıb: “Onlar gedib faydalı işlə məşğul olmaq əvəzinə siyasətdən ikiəlli yapışıblar. Biz onlara ağac əkməyi, yol çəkməyi məsləhət görürük”¦ Çünki onda xalqa indikindən daha çox xeyir verə bilərlər”.
S. Novruzov YAP-ın müxalifətlə dialoqa və əməkdaşlığa hazır olduğunu, qarşı tərəfin bunu istəmədiyini də vurğulayıb: “ATƏT-in təklifi ilə dialoqlar keçirilirdi, bu proses də müxalifət tərəfindən pozuldu. Bu gün müxalifətin məqsədi, məramı dialoq, xalqın rifahı deyil, sadəcə olaraq hakimiyyət hərisliyidir”. S. Novruzov ADP-nin dialqla bağlı təklifinin hələ də YAP qərargahına daxil olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR