Bank Of Baku

Hacıağa Nuri: “İslam Partiyasının daxilində nifaq salmaq istəyən maraqlı qüvvələr var”

Hacıağa Nuri: “İslam Partiyasının daxilində nifaq salmaq istəyən maraqlı qüvvələr var”
# 25 aprel 2007 13:35 (UTC +04:00)
“İslam Partiyasının daxilində nifaq salmaq istəyən maraqlı qüvvələr var. Lakin onlar öz istəklərinə çatmayacaqlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri deyib. O bildirib ki, partiyanın fəaliyyətindən narazı olan bir neçə rayon təşkilatı sədrinin fikirləri fərdi xarakter daşıyır və bu, onların təmsil etdikləri təşkilatların mövqeləri deyil. H. Nuri bu məsələlərin partiyanın Baş Məclisində müzakirəsini ən optimal variant adlandırıb: “Partiyanın bir neçə rayon təşkilatının sədrinin qurumun rəhbərini istefaya çağırmaları Nizamnaməyə uyğun deyil. Bu, qurultayın səlahiyyətindədir”. H. Nuri qurultaya hazırlıq prosesi barədə də danışıb. Onun sözlərinə görə, qurultaya hazırlıqla bağlı partiya rəhbərliyinin iştirakı ilə regional toplantılara start verilib. Artıq 4 bölgədə belə toplantılar keçirilib.
Qeyd edək ki, bir müddət öncə AİP Əli Bayramlı və Hacıqabul rayon təşkilatlarının sədrləri Vəliyullah Cəlilovla Vidadi Əliyev partiyanın sədri Hacıağa Nurinin istefasını tələb ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR