Bank Of Baku

Sabah Bakıda İKT-nin təşkilatçılığı ilə “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfrans keçiriləcək

Sabah Bakıda İKT-nin təşkilatçılığı ilə “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfrans keçiriləcək
# 25 aprel 2007 14:04 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransı giriş sözü ilə xarici işlər naziri Elmar Məmmədyarov və İslam Konfransı Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu açacaqlar. Konfransın açılış mərasimində Rumıniyanın sabiq prezidenti İon İliesku və İSESCO rəhbəri Əbdüləziz Otman Altvaijrinin çıxışları nəzərdə tutulur. Konfransın ilk iş günündə ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “Xəbər mediası vasitəsilə dialoq təşkilinin çətinlikləri” mövzusunda məruzə edəcək. Bu mövzu ətrafında BMT-nin söz azadlığı hüququnun müdafiəsi və genişləndirilməsi üzrə xüsusi məruzəçisi Ambei Liqabo, İsveçrə, Misir və Almaniyanın nüfuzlu nəşrlərinin redaktorlarının fikirləri dinləniləcək. Konfransda “Tolerantlıq anlayışa doğru yol” mövzusunda ATƏT sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiyaya qarşı mübarizəyə dair şəxsi nümayəndəsi, səfir Ömür Orhun, İslam Konfransı Təşkilatının baş katibinin müşaviri Ufuk Gökşen çıxış edəcəklər. Konfransın ilk iş gününün üçüncü sessiyasında “Qarşılıqlı hörmətdən keçən tərəqqi” mövzusunda Sloveniya, İtaliya və Səudiyyə Ərəbistanı mediasının nümayəndələrinin çıxışları gözlənilir. Aprelin 27-də isə konfransa qatılan YUNESKO baş katibinin müavini Moqens Şmidt iştirakçılar qarşısında “Təhsil və ümumi dəyərlər” mövzusunda çıxış edəcək. Tədbirdə dinləniləcək beşinci mövzu “Dövlət və vətəndaş cəmiyyəti: tərəfdaşlar, yoxsa düşmənlər?” adlanır. Bu mövzuda BBC telekanalının jurnalisti Vilyam Lo, səfir Stefani Minikes, İKT baş katibinin müşaviri Saəddin Taib, “Əl-Cəzirə” telekanalının Moskva bürosunun əməkdaşı Abdel Munem çıxış edəcəklər. Sessiyada müzakirə olunacaq son mövzu “Beynəlxalq dialoqun təhqiq edilməsi” adlanır. Monqolustan Xarici İşlər Nazirliyinin nümayəndəsi Bayarxuu Daşdorjun moderatorluğu ilə keçiriləcək son sessiyada Ukraynanın UNİAN agentliyinin prezidenti İrina Qeraşçenko, İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Dalton Sembirinq, Belçika parlamentinin nümayəndəsi Stef Qoris çıxış edəcəklər. Aprelin 28-də konfrans iştirakçılarının İsmayıllı, Lənkəran və Qubaya səfərləri planlaşdırılır. Konfransın açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevin də qatılması gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR