Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı olub

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı olub
# 25 aprel 2007 14:15 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı olub. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, toplantıda qurumun Əsasnaməsi və fəaliyyət proqramının hazırlanması barədə qərar qəbul edilib. Bununla yanaşı, quruma daxil olan partiya sədrləri mətbuat-hakimiyyət münasibətlərinin hazırkı durumu ilə bağlı da müzakirələr aparıblar və bu məsələyə dair bəyanat veriblər. Bəyanatda jurnalistlərə qarşı təzyiq halları pislənib. DUİ ABŞ Dövlət Departamentinin 2006-cı il üçün insan hüquqları üzrə hesabatında Azərbaycanın maraqlarına zidd düzəlişlərlə bağlı da bəyanat qəbul edib. Bəyanatda ABŞ-dan məsələyə ədalətli yanaşması tələb olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR