Bank Of Baku

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrda Düşənbədə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrda Düşənbədə keçiriləcək
# 25 aprel 2007 14:40 (UTC +04:00)
APA-nın Orta Asiya bürosunun məlumatına görə, bu barədə MDB Xarici İşlər Nazirləri Şurasının bu gün Astanada başa çatan iclasında qərar qəbul olunub. İclasdan sonra jurnalistlərə açıqlama verən Qazaxıstanın xarici işlər naziri Marat Tajin toplantıda MDB hökumət başçılarının gələn ay Yaltada keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq məsələlərin dəqiqləşdirildiyini bildirib. “Müzakirə etdiyimiz məsələlərin əksəriyyəti hərbi xarakterli daşıyırdı. Toplantıda əsasən xarici sərhədlərdə yaranan fövqəladə vəziyyətlərin tənzimlənməsində MDB ölkələrinin sərhəd qoşunlarının fəaliyyətinin koordinasiyası məsələsini müzakirə etdik və müvafiq qərarlar qəbul olundu”. Marat Kajin toplantıda həmçinin daxili işlər orqanları üçün kadr hazırlığı sahəsində əməkdaşlıq, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında koordinasiya məsələləri ilə bağlı da qərarların qəbul olunduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR