Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi: “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”
# 25 aprel 2007 16:38 (UTC +04:00)
Bir daha bəyan edirəm ki, ABŞ dövlətinin Dağlıq Qarabağ və Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi deyib. Səfir bildirib ki, ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır: “Biz heç vaxt inkar etməmişik ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Dağlıq Qarabağ heç vaxt tanınmayıb və tanınmayacaq, biz onu yalnız Azərbaycanın bir hissəsi kimi tanıyırıq. Biz Minsk Qrupu çərçivəsində yorulmadan çalışırıq ki, münaqişənin danışıqlar yolu ilə həlli tapılsın. Azərbaycanın dostu və tərəfdaşı kimi öz vacib missiyamızı bundan sonra da həyata keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR