Bank Of Baku

Güney Azərbaycan Milli Oyanış Hərəkatının BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatındakı nümayəndəsi də GAMOH-dan istefa verib

Güney Azərbaycan Milli Oyanış Hərəkatının BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatındakı nümayəndəsi də GAMOH-dan istefa verib
# 26 aprel 2007 08:26 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Birləşmiş Millətlər Təşkilatında (BMT) Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatındakı (UNPO) nümayəndəsi Davud Savalanoğlu GAMOH-dan istefa verib. GAMOH Amerika-Kanada Təşkilatının keçmiş sədri Hüseyn Türkellinin APA-ya verdiyi məlumata görə, D. Savalanoğlu təşkilatdan istefası ilə bağlı bəyanat verib. O, bəyanatda GAMOH rəhbərliyini anti-demokratik fəaliyyətdə ittiham edib: “GAMOH-da demokratiyadan əsər-əlamət yoxdur. GAMOH başqanlığının ətrafında 2-3 nəfər qeyri-demokrat adam qalıb. Mahmudəli Çöhrəqanlı GAMOH-un Nizamnaməsində qeyd edilməyən fövqəladə səlahiyyətlərə sahib olmaq üçün hətta saxtakarlıqlara əl atıb. Bütün bu kimi məsələlərə görə mən də burada fəaliyyətimi mənasız sayıram və bununla GAMOH-un UNPO-dakı təmsilçisi və Federal Millətlər Konqresindəki səlahiyyətli nümayəndəsi vəzifələrindən istefa verirəm”. GAMOH-un Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı isə H. Türkellinin bu məlumatının həqiqətə uyğun olmadığını deyib: “Davud Savalanoğlu GAMOH-dan istefa verməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR