Bank Of Baku

Yaşar Yakış: “Əsassız erməni iddialarına qarşı həmişə hücum mövqeyində olmalıyıq”

Yaşar Yakış: “Əsassız erməni iddialarına qarşı həmişə hücum mövqeyində olmalıyıq”
# 26 aprel 2007 08:32 (UTC +04:00)
“Bu il də ermənilərin cəhdlərinin qabağını ala bildiyimizi düşünürəm. Amerika hökuməti uydurma “erməni soyqırımı” layihəsinə qarşı çıxdı. Bəzi senatorlar da bunu istəmir. Biz ABŞ-dakı görüşlərimizdə Xocalı soyqırımını gündəliyə gətirməyə də imkan tapdıq. Çünki 90 il geriyə baxanlar 15 il əvvəl baş verənləri xatırlamaq istəmir”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin keçmiş xarici işlər naziri, Böyük Millət Məclisinin Avropa Birliyi Komissiyasının sədri Yaşar Yakış deyib. O bildirib ki, ermənilət 24 aprelden sonra da sakit durmayacaqlar, ona görə də bu istiqamətdə daimi fəliyyət aparılmalıdır: “Məsələ ilə yalnız bu problem gündəliyə gələndə məşğul olub, müdafiə mövqeyi tutmaq əvəzinə həmişə hücumda olmaq lazımdır. Biz bu siyasəti formalaşdırmağa çalışırıq. Gec də olsa, Avrasiya Strateji Aaraşdırmalar Mərkəzində Erməni araşdırmaları mərkəzi yaradıldı. Erməni dilini bilən mütəxəssislər yetişdirməliyik. Xarici ölkələrdə ingiliscə 10 minlərlə kitab çap etdirməliyik. Ermənilər 90 ildir ki, bu şəkildə işləyir”. Türkiyənin formalaşdırdığı yeni siyasətdə Azərbaycanın yeri ilə bağlı sualı cavablandıran Y. Yakış bildirib ki, hər dəfə Anakaranın qarşısında “Ermənistan sərhədini niyə açmırsınız?” məsələsi qaldırılanda onlar bu ölkənin Azərbaycan torpaqlarını işğal etdiyini gündəmə gətirir, işğal altındakı torpaqların boşaldılmasını tələb edirlər: “Ermənistan beynəlxalq ictimaiyyətin hörmət edilə biləcək bir üzvü kimi hərəkət etməli, işğal altındakı topraqlardan çəkilməli, qaçqınlar yerlərinə dönməlidir. Ermənistan Türkiyəyə qarşı torpaq tələbindən də vaz keçməlidir”. Y. Yakış həmişə Azərbaycanın mənafeyinə xidmət edəcək qərarlar verəcəklərini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR