Bank Of Baku

İon İliesku: “Azərbaycanla münasibətlərimiz həmişə pozitiv və dinamik olub və inanıram ki, bundan sonra da belə olacaq”

İon İliesku: “Azərbaycanla münasibətlərimiz həmişə pozitiv və dinamik olub və inanıram ki, bundan sonra da belə olacaq”
# 26 aprel 2007 08:47 (UTC +04:00)
“Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bizim Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə çox yaxşı münasibətlərimiz var idi. Mən tez-tez Azərbaycana gəlirdim, biz tez-tez İstanbulda da görüşürdük. Azərbaycanla münasibətlərimiz həmişə pozitiv və dinamik olub və inanıram ki, bundan sonra da belə olacaq”. Bu sözləri APA-ya açıqlamasında Rumıniyanın keçmiş prezidenti İon İliesku deyib. İslam Konfransı Təşkilatı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı konfransda iştirak edən İ. İliesku Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndirib: “Rumıniyada 17 millətin mənsubları yaşayır və onların hamısı parlamentdə təmsil olunub. Ölkəmizdə bir neçə min müsəlman - əsasən türklər və tatarlar - da yaşayır. Onlar müxtəlif təşkilatlar yaradıblar və parlamentdə nümayəndələri var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR