Bank Of Baku

Bakıda “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda beynəlxalq konfrans keçirilir
# 26 aprel 2007 11:11 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə İslam Konfransı Təşkilatının birdə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konfrans iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin müraciət məktubunu oxuyub. Dövlət başçısı müraciətində belə bir tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək, ölkəmizin bütün dünyada tolerantlığın nümunəsi kimi tanındığını qeyd edib. Müraciətdə, həmçinin, Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi, bunun ölkəmizin inkişafına mənfi təsir göstərdiyi vurğulanıb. Konfransda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanı belə bir konfransın keçirilməsi üçün olduqca uyğun məkan adlandırıb. E. Məmmədyarov Azərbaycan dövlətinin milli azlıqlarla bağlı apardığı siyasətin uğurlu olduğunu bildirib. O, Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qaldığı halda, Azərbaycanda hazırda bir neçə min erməninin digər millətlərdən olan vətəndaşlarla bərabərhüquqlu səviyyədə yaşadığını qeyd edib. İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekməlləddin İhsanoğlu isə Azərbaycanda bir çox dini konfessiyanın olduğunu bildirərək, dözümlülük və anlaşmanı birgə yaşamaq üçün vacib amil adlandırıb. Baş katib Qərbdə İslam barəsində ekstremist din xofu yaradıldığını, bunun müsəlmanlığa qarşı qəzəbə səbəb olduğunu deyib. E. İhsanoğlu bu vəziyyətin aradan qaldırılmasında KİV-in böyük rolu olduğunu vurğulayıb. E. İhsanoğlu İKT çərçivəsində insan haqları ilə bağlı xüsusi qurum yaradılacağını da bildirib: “Biz İslamın həqiqi mənasını bərqərar etməliyik”. Konfransın həmsədri, Rumıniyanın sabiq prezidenti İyor İliesko da çıxışında dözümlülük və anlaşmanın cəmiyyətdə xüsusi rol oynadığını deyib. Konfransın digər həmsədri, İKT-nin Mədəniyyət və Təhsil üzrə Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Oxmanabduacı isə dözümlülüyü ekstremizmə qarşı ən yaxşı vasitə adlandırıb.
Sonra tədbirdə Avropa Şurasının baş katibi Terri Devisin çıxışının video-lenti nümayiş etdirilib. T. Devis çıxışında mədəniyyətlərin müxtəlifliyi barədə danışıb, bunun üçün dialoqun önəmli olduğunu və bu işdə KİV-in üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıb. Fikir azadlığının demokratiyanın əsas prinsiplərindən olduğunu diqqətə çatdıran baş katib bunun təmin edilməsində jurnalistlərin böyük rolu olduğunu söyləyib. Konfrans işini davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR