Bank Of Baku

Əli Həsənov: “Azərbaycan tolerantlığın, milli azlıqlar arasında münasibətlərin gözəl bir modelini ortaya qoyub”

Əli Həsənov: “Azərbaycan tolerantlığın, milli azlıqlar arasında münasibətlərin gözəl bir modelini ortaya qoyub”
# 26 aprel 2007 09:55 (UTC +04:00)
“Bu gün dünyada qloballaşma nəticəsində inteqrasiya prosesləri nə qədər intensivləşibsə, separatçılıq və milli zəmində toqquşmalar da bir o qədər bəşəriyyət həyatının reallıqlarına çevrilib. Bu tipli konfransların keçirilməsi, dünyanın müxtəlif ölkələrini təmsil edən siyasi, ictimai və dini xadimlərin bir araya gəlməsi, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas tərəflərini müzakirə etməsi aktualdır”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-lərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən deyib. Ə. Həsənov millətlərin, dinlərin bir-birinə münasibətinin KİV-lərdə öz əksini tapdığını bildirib: “XXI əsrdə insanlıq dialoqdan başqa alternativ tapa bilməyib. Bu konfransı çox əhəmiyyətli hesab edirik”. Ə. Həsənov bu konfransın Bakıda keçirilməsinin təsadüfi olmadığını, Azərbaycanın son illər tolerantlığın, milli azlıqlar arasındakı münasibətlərin gözəl bir modelini ortaya qoyduğunu söyləyib: “Bu gün dünya ölkələri arasında Azərbaycanı ən tolerant ölkə kimi göstərirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR