Bank Of Baku

Əli Həsənov: “Bəzi media nümayəndələri özlərini qanundan üstün görürlər”

Əli Həsənov: “Bəzi media nümayəndələri özlərini qanundan üstün görürlər”
# 26 aprel 2007 09:55 (UTC +04:00)
“Azərbaycan müstəqillik əldə edən ilk gündən kütləvi informasiya vasitələri ilə cəmiyyət arasında münasibətlərin rəvan olmasına çalışırıq. Təəssüflər olsun ki, günümüzün başqa bir reallığı da var. Bəzi media nümayəndələri özlərini qanundan üstün görürlər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, bəzi KİV nümayəndələri ictimai həyatın normalarına, insanların şəxsi hüquqlarına sayğısız yanaşırlar: “Əlbəttə, biz çalışmayıq ki, gələcəkdə jurnalistlər insanların hüquqlarını nəzərə alsınlar. Harada qələmi dayandırmaq lazım olduğunu əvvəlcədən bilsinlər. Digər tərəfdən də insanlar mətbuatda gedən tənqidlərə dözümlü yanaşmalıdır. Buna çatmaq üçün müəyyən inkişaf yolu keçmək lazımdır”. Həbs edilən jurnalistlərin azadlığa buraxılmasına gəlincə Ə. Həsənov deyib ki, indiyə kimi həbsdə olunan jurnalistlərin hamısı əfv olunub və onlara kəsilən cərimələr bağışlanılıb. “Belə addımlar atılmalıdır, atılacaq da. Ancaq jurnalistin əfvi onun insanlara qarşı münasibətini dəyişməli, islah olunmasına gətirib çıxarmalıdır”. Jurnalistlərə qarşı baş verən bəzi cinayətlərin üstünün bu günə kimi açılmamağına gəldikdə, dövlət rəsmisi bütün dünya ölkələrində bu tip cinayətlərin üstünün çətinliklə açıldığını deyib: “Azərbaycanda bu tipli cinayətlərin hamısının açılmadığını söyləmək düzgün olmaz. Jurnalistlərə qarşı qanunsuz hərəkətlərin baş verməsi hakimiyyətin xeyrinə deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR