Bank Of Baku

Daha bir neçə siyasi təşkilat Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda iştiraka razılıq verib

Daha bir neçə siyasi təşkilat Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda iştiraka razılıq verib
# 26 aprel 2007 10:15 (UTC +04:00)
Milli Birlik Hərəkatı, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal və Milli Demokrat partiyaları da Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda iştiraka razılıq verib. Bu barədə APA-ya məlumat verən Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun sözlərinə görə, sözügedən partiyalarla danışıqlar aparılıb. O, forumun mayın sonuna planlaşdırıldığını da vurğulayıb. Dünən MBH lideri Lalə Şövkətlə görüşdüyünü deyən A. Şahbazov ictimai-siyasi vəziyyət və müxalifətin 2008-ci il prezident seçkilərində atacağı addımlarla bağlı müzakirələr apardığını bildirib. Onun sözlərinə görə, Lalə Şövkət artıq MBH ilə ACP arasında ikitərəfli müqavilənin imzalanmasına ilkin razılıq verib. A. Şahbazov yaxın günlərdə AXCP ilə də danışıqlar aparılacağını, ikitərəfli sazişlə bağlı Əli Kərimlinin mövqeyinin öyrəniləcəyini bildirib. Məsələ ilə bağlı Müsavat Partiyasına edilmiş müraciətə gəldikdə, A. Şahbazov bildirib ki, hələlik bu partiyadan onlara rəsmi cavab verilməyib: “Müsavat rəhbərliyi imzalanacaq sazişin detallarının müəyyənləşdirilməsini vacib sayır və hazırda bu istiqamətdə iş aparılır”. A. Şahbazov Ədalət, Böyük Quruluş partiyaları ilə də ikitərəfli saziş imzalamaqla bağlı ilkin razılaşmanın əldə edildiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR