Siyavuş Novruzov: “Kim ki vəzifədən çıxarıldı, cinayət törətdi, “91-lər”dən olduğu yadına düşür”
- Son vaxtlar YAP-ın rəhbərliyində təmsil olunmuş şəxslər partiya rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirirlər. Mətbuat isə bu tipli çıxışların hələ davam edəcəyini yazır...
- YAP mütərəqqi partiyadır, burada söz və fikir azadlığına daim hörmət olunub. Mətbuatda partiya ilə bağlı bəzən şayiə xarakterli yazılar gedir. Amma YAP çox monolit partiyadır, burda demokratik fikirlə yanaşı, nizam-intizam məsələləri də tam qaydasındadır. Hər bir məsələ Nizamnamə çərçivəsində həll olunur. Partiyada daim islahatlar həyata keçirilib, yeniliklər olub. İndi YAP rəhbərliyini tənqid edən adamlar artıq keçmişdə qalıblar. Bununla bağlı partiya öz münasibətini bildirib, İdarə Heyətinin, Siyasi Şurasının qərarları var. Əli İnsanov konkret cinayətləri olan şəxsdir. Onun günahı məhkəmə tərəfindən sübuta yetirilib. Cinayət törədən şəxs konkret hadisə ilə bağlı cavab verməlidir. Əli İnsanovun məhkəmədəki şouları onun nə qədər simasız olduğunu bilavasitə göstərdi. Belə şəxslərin məqsədi xalqın sərvətini talayıb özlərinə var-dövlət toplamaqdır. Sirus Təbrizli ilə bağlı da Siyasi Şura konkret qərar qəbul edib. YAP-da belə halların gözlənilməsi qətiyyən mümkün deyil. Çünki YAP-ın hər bir üzvünün fikrinə diqqətlə yanaşırıq, kimsə cinayət törədirsə, artıq bu partiyanın həmin şəxsə münasibəti yox, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunan məsələdir.
- Yəni, son hadisələrdən sonra YAP-da belə inqilabi rüşeymlərin qalmadığını deyirsiniz?
- Ümumiyyətlə, YAP-da belə rüşeym olmayıb. Sadəcə, insan dəyişir, müxtəlif fikirlərə düşür. Hazırda YAP-da belə insanlara rast gəlmək mümkün deyil.
- YAP-ı ittiham edən keçmiş üzvləri Əli İnsanov və Sirus Təbrizlinin partiya əleyhinə fəaliyyətləri əvvəldən vardımı, yoxsa bu son proseslərdə üzə çıxdı?
- Əslində onların partiya sıralarında o qədər də fəaliyyətləri yox idi. Yəni tədbirlərdə mütəmadi iştirak etmirdilər. Sirus Təbrizli iki ildən çox idi ki, heç bir toplantıya qatılmırdı. Əli İnsanov sadəcə olaraq tədbirlərə qatılırdı, amma partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi bir iş görmürdü.
- Amma Sirus Təbrizlinin partiya sıralarından xaric olunması ilə bağlı qərar fikir azadlığının pozulması kimi qiymətləndirilir”¦
- Bu məsələ artıq həll olunub. YAP Nizamnaməsinin 6-cı maddəsində partiya üzvünün fəaliyyəti müəyyənləşib. Orada nəzərdə tutulub ki, partiya üzvü tədbirlərdə iştirak etməli, üzvlük haqqı ödəməli, partiya siyasətinin əleyhinə çıxışlar etməməlidir. Əlavə daha bir neçə öhdəliklər var. Sirus Təbrizli bu müddəaların hamısını pozmuşdu. Ona görə də bu qərar fikir azadlığının pozulması kimi qiymətləndirilməməlidir. Biz digər partiyalardan fərqli olaraq həmişə fikir azadlığına tam hörmətlə yanaşmışıq.
- Əli İnsanovun söylədikləri arasında ən çox müzakirə olunan məsələlərdən biri də onun YAP-a maliyyə yardımı göstərməsi ilə bağlı dedikləri idi. YAP bu məsələni təkzib etdi. Amma Əli İnsanov YAP üzvü olduğu üçün nazir təyin edilmişdi, onun partiya üzvü olaraq təşkilata maliyyə yardımı etməsində nə qəbahət vardı?
- Birincisi, Əli İnsanov heç vaxt partiyaya maliyyə yardımı etməyib, hələ uzun müddət üzvlük haqqını da ödəməyib. YAP maliyyə mənbəyi ən şəffaf olan partiyadır, ildə bir dəfə maliyyə mənbələri ilə bağlı ictimaiyyətə açıqlama verir. Digər tərəfdən bizim bütün maliyyə prosesimiz bank əməliyyatları vasitəsi ilə həyata keçirilir. Yəni ilk təşkilat üzvlük haqqını toplayıb rayon təşkilatının hesabına köçürür, rayon təşkilatı da xərcləri çıxıb digər üzvlük haqlarını Mərkəzi Aparata köçürür. Ona görə heç kim hansı formadasa YAP-a maliyyə yardımı göstərdiyini deyə bilməz. Bunlar hamısı böhtandır. Sadəcə olaraq o, oğurladığı, xarici banklarda saxladığı pulları, qeyri-qanuni özəlləşdirdiyi əmlaklardan cəmiyyətin diqqətini yayındırmaq üçün bu şəkildə böhtan atıb.
- Gələn ay sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsi başlayır. Onun da bu tipli çıxışlar edəcəyini gözləyirsiniz?
- O da konkret cinayət maddələri ilə ittiham olunur. Fərhad Əliyev məhkəmə prosesində ittiham olunduğu məsələlərlə bağlı fikrini bildirməlidir, vəssalam. Mən hesab edirəm ki, orada şounun heç bir əhəmiyyəti yoxdur. Onun da məhkəmə iclasında belə şoular yaratması mümkündür. Amma bunun heç bir mənası yoxdur. Əli İnsanov indi məhkəmə zalında guya İdarə Heyətinin iclaslarında tənqidi çıxışlar etdiyini bildirib. Onun heç vaxt kəskin, tənqidi çıxışları olmayıb. İdarə Heyətinin iştirak etdiyi iclaslarının hamısında tərifdən başqa bir şey deməyib. Ancaq görülən işləri tərifləyib, prezidentlə bağlı xoş sözlər bildirib, onun siyasətini dəstəkləyib. İdarə Heyətinin, Siyasi Şuranın iclaslarının stenoqramları durur, onları açıqlamaq da mümkündür.
- Həbs olunan nazirlərin müxalifət tərəfindən aktiv dəstəklənməsini necə qiymətləndirirsiniz?
- Bu sırf maliyyə məsələsi ilə bağlıdır. Konkret Əli İnsanovla bağlı müxalifət partiyaları və mətbuatı əvvəllər həmişə sərt ifadələr işlədib və bu ifadələr qarşılıqlı olub. Bu gün isə müxalifətin Əli İnsanovu müdafiə mövqeyində dayanması onların yalnız qazanc meyarına üzərində dayandıqlarını göstərir. Onlar siyasətə peşə kimi yox, iş yeri kimi baxırlar. Buradan nə qazandılarsa, onu qənimət hesab edirlər. O cümlədən bu işlə məşğul olan hüquq-müdafiə təşkilatları da bu məsələyə eyni meyarla yanaşırlar. Yəni, onlar Əli İnsanovda şirə görüblər. O şirəni qurtarmayınca əl çəkməyəcəklər. Onlar bircə onu unudurlar ki, özləri, valideynləri, nəsil-nəcabətləri Əli İnsanov tərəfindən təhqir edilib.
- YAP-da bir “91-lər problemi” də var ki, daim mətbuatın diqqətindədir...
- YAP-da qətiyyən “91-lər problemi” yoxdur, bu məsələ şişirdilir. Kim ki vəzifədə işləyir, heç “91-lər”dən olması onun yadına da düşmür. Elə ki, vəzifədən çıxarıldı, cinayət törətdi, “91-lər”dən olduğu yadına düşür. Məsələn, Əli İnsanov vəzifədə olanda bir “91-in” də xeyrinə - şərinə yaramayıb, indi cinayət törədib, məsuliyyətə cəlb olunandan sonra “91” olduğu yadına düşüb. Biz həmişə “91-lər”in partiyanın yaranmasında xüsusi rolu olan insanlar olduğunu demişik. Bu və ya digər şəkildə diqqətdən kənarda qalan “91” yoxdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bütün “91-lər”ə daim artıqlaması ilə diqqət və qayğı göstərilib. Onlar institutlarda rektor, dekan olublar, YAP-ın dəstəyi ilə Milli Məclisin üzvü seçiliblər, nazir təyin olunublar. Bakı şəhərinin iki icra başçısı olub, ikisi də “91-lər”dəndir.
- Amma təkcə mətbuat deyil ki, “91-lər”in özləri də tənqidi çıxışlar edirlər.
- Bunlar vəzifələrindən çıxarılan insanlardır. Onların biri elə Əli İnsanovdur. 12 il nazir işləyib, hansı “91-ə” köməyi olub? Əgər onun özü hansısa “91-in” xeyir-şərinə yaramayıbsa, başqalarının fəaliyyətinə qiymət verə bilməz. Onun yalnız həbs olunandan sonra belə çıxışlar etməsini unutmaq lazım deyil.
- Bu tipli çıxışları hazırda azadlıqda olan Əli Əlirzayev də edir. Onun fikrincə, YAP-da “91-lər”ə qarşı kampaniya var.
- “91-lər”ə qarşı heç bir kampaniya yoxdur. “91-lər”in bir neçəsi indi YAP-ın qərargahında əyləşib. Biri deputat seçilər, digəri seçilməz. Biz seçiciləri məcbur edə bilmərik ki, bu “91-dir”, onu mütləq seçmək lazımdır. Kimsə sinəsinə “91” yazıb seçkiyə getsə də, bu nəyisə dəyişən deyil, əsas xalqın iradəsidir. O seçilmirsə, bu o demək deyil ki, partiyada ona qarşı laqeyd münasibət var. Bəs 10 il seçiləndə necə olurdu? Kimsə bir dəfə imza atıb, on il dalbadal Milli Məclisin deputatı seçilib, müxtəlif vəzifələrdə çalışıb, indi seçilməyibsə, bunu dərhal “91-lər”ə qarşı kampaniya kimi qiymətləndirməməlidir.
- Diqqətdən kənarda qalanların öz fəaliyyətlərinə görə belə vəziyyətə düşdüklərini demək olarmı?
- Kənarda qalan adam yoxdur. Bütün “91-lər” proseslərdə bu və ya digər şəkildə iştirak edirlər. O adamlar kənardadır ki, partiyanın qərarı ilə YAP sıralarından azad olunublar və yaxud cinayət törətdiklərinə görə həbsxanadadırlar. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır
III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir