Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olacaq”

Elmar Məmmədyarov: “Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olacaq”
# 26 aprel 2007 11:06 (UTC +04:00)
O, hazırlanan hesabatlara dəyişiklik edilməsinin çox pis presedent olduğunu deyib. “ABŞ hökuməti bu gün belə bir addım atıbsA, sabah nə edəcəyini nə bilmək olar? Mən yarana biləcək presedenti nəzərdə tuturam”. Azərbaycanla ABŞ arasında təhlükəsizliyə dair hərbi-siyasi məsləhətləşmələrin yenidən bərpa olunacağını deyən Elmar Məmmədyarovun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın ilk variantına dəyişiklik edildiyi bir dövrdə belə bir məsləhətləşmələrin aparılması düzgün olmazdı. “Çünki, təhlükəsizlik sahəsində əməkdaşlıq ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı olacaq. Məsləhətləşmələrə başlamazdan əvvəl biz dəqiqliklə bilməliyik ki, ABŞ-ın bu məsələdə mövqeyi nədən ibarətdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR