Bank Of Baku

Bakıda Baltikyanı ölkələrin müdafiə nazirliklərinin nümayəndə heyəti ilə Azərbaycanın hərbi qurumlarının mətbuat xidmətləri arasında görüş keçirilib

Bakıda Baltikyanı ölkələrin müdafiə nazirliklərinin nümayəndə heyəti ilə Azərbaycanın hərbi qurumlarının mətbuat xidmətləri arasında görüş keçirilib
# 26 aprel 2007 11:33 (UTC +04:00)
Bakıda Baltikyanı ölkələrin müdafiə nazirliklərini təmsil edən nümayəndə heyəti ilə Azərbaycanın hərbi qurumlarının mətbuat xidmətləri arasında aprelin 25-dən başlamış görüş bu gün başa çatıb. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, mayor İlqar Verdiyev məlumat verib. Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd ictimaiyyətlə əlaqələr sahəsində təcrübə mübadiləsi aparmaqdır. Nümayəndə heyətinin tərkibində Latviya, Litva və Estoniya müdafiə nazirliklərinin müvafiq qurumlarının əməkdaşları təmsil olunurlar.
Görüşdə Azərbaycan tərəfindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd Qoşunları, Fövqəladə Hallar Nazirliyi və s. qurumların nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR