Bank Of Baku

Piter Semnebi: “Azərbaycanla Fəaliyyət Planının ilk 3 ildə həyata keçirilməsi üçün 100 milyon avro ayrılıb”

Piter Semnebi: “Azərbaycanla Fəaliyyət Planının ilk 3 ildə həyata keçirilməsi üçün 100 milyon avro ayrılıb”
# 26 aprel 2007 12:09 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ötən ilin noyabrında qəbul edilmiş Fəaliyyət Planının (FP) ilk 3 ildə həyata keçirilməsi üçün Avropa Komissiyasının sərəncamına 100 milyon avro vəsait ayrılıb. Bu barədə APA-nın sualını cavablandıran Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi məlumat verib. Xüsusi nümayəndə deyib ki, hazırda FP-nin həyata keçirilməsi üçün layihələr üzərində iş gedir. Diplomatın sözlərinə görə, FP yalnız iqtisadi layihələrin reallaşmasını deyil, Azərbaycanın Aİ-yə yaxınlaşmasına yardımçı olacaq demokratik strukturların yaradılması, məhkəmə sistemi, KİV azadlığı və s. sahələrdə islahatların aparılmasını nəzərdə tutur. P. Semnebi bu sahələrin iqtisadi sahədən daha vacib olduğunu da bəyan edib.
Digər Cənubi Qafqaz ölkələri üçün ayrılmış vəsaitin miqdarı ilə bağlı sualın cavabında xüsusi nümayəndə həmin respublikalara ayrılan vəsaitin miqdarının bir qədər artıq olduğunu deyib. Diplomat bunu Azərbaycanın enerji layihələrindən yüksək gəlir əldə etməyə başlaması, ölkəmizin iqtisadi və maliyyə durumunun daha yaxşı olması ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR