Bank Of Baku

AMİP-in İran səfirliyi qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verilib

AMİP-in İran səfirliyi qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verilib
# 26 aprel 2007 13:02 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Milli İstiqlal Partiyasının aprelin 27-də İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov APA-ya bildirib ki, BŞİH-nin cavabında piketin keçiriləcəyi yer məqsədəuyğun hesab edilməyib. Ə. Orucov bu cavabdan asılı olmayaraq, piketin keçirilməsində israrlı olduqlarını deyib.
Qeyd edək ki, piketdə İranda yaşayan azərbaycanlıların hüquqlarının bərpası tələb olunacaq. Aksiyada Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəalı Hadi Musəvinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq İrana deportasiyası da pisləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR