Bank Of Baku

Prezidentin mətbuat xidmətinin rəhbəri dövlət başçısının Koreyaya ilk dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Prezidentin mətbuat xidmətinin rəhbəri dövlət başçısının Koreyaya ilk dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 26 aprel 2007 13:42 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Qasımov Azərbaycan prezidentinin Koreyaya səfərinin yüksək keçdiyini, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə mühüm saziş və protokollarının imzalandığını deyib. Onun sözlərinə görə, ölkə başçıları arasında imzalanan birgə bəyanat mühüm siyasi əhəmiyyət daşıyır. A. Qasımov həmin sənəddə Azərbaycanının ərazi bütövlüyü və suverenliyinin Koreya tərəfindən tanınmasının öz əks tapdığını bildirib. Mətbuat xidmətinin rəhbəri dövlət başçısının səfərinin iqtisadi əhəmiyyətini də vurğulayıb.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran A. Qasımov ABŞ Dövlət Departamentinin 2006-cı il üçün İnsan Haqlarının vəziyyətinə dair hesabatında üçüncü dəfə dəyişiklik etməsi ilə bağlı məsələni şərh edib. O, bu hadisəni Azərbaycanın uğuru kimi dəyərləndirib. Onun sözlərinə görə, Ermənistan tərəfi bu məsələdə ucuz piardan istifadə etmək istəsə də, onların bu cəhdi baş tutmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR