Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti AMİP-ə İran səfirliyi qarşısında aksiya keçirməyə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti AMİP-ə İran səfirliyi qarşısında aksiya keçirməyə icazə verməyib
# 26 aprel 2007 15:25 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İran səfirliyinin binası qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Piket sanksiyalaşdırılmasa da, AMİP sabah saat 13.00-da Güney Azərbaycan Milli Hərəkat liderlərinin həbsdə saxlanılmasına, İran mətbuatında azərbaycanlıların təhqir edilmələrinə, bir neçə hərəkat fəallarının həyatlarına yaranmış təhlükəyə, eləcə də soydaşlarımızın repressiyalara və təzyiqlərə məruz qalmalarına etiraz olaraq aksiyanı keçirəcəyini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR