Bank Of Baku

Əli Əhmədov Moldova səfiri ilə görüşüb

Əli Əhmədov Moldova səfiri ilə görüşüb
# 26 aprel 2007 15:37 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Moldova Respublikasının fövqəladə və səlahiyyətli səfiri İon Robu ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tanışlıq xarakteri daşıyan görüşdə səfirə YAP-ın yaranma tarixi, ölkənin ictimai-siyasi həyatında rolu və strukturu barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin Azərbaycanla Moldova arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu, inkişaf perspektivləri, o cümlədən GUAM-ın regional layihələrin həyata keçirilməsində və hər iki ölkənin üzləşdiyi münaqişələrin həllində rolu barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR