Bank Of Baku

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib
# 26 aprel 2007 16:00 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. MSK sədrinin müavini Svetlana Qasımova namizədliyi irəli sürülən YAP üzvləri, komissiyanın katibi Natiq Məmmədov parlamentdəki bitərəflərin, MSK üzvü Rövşən İsmayılov isə parlamentdəki azlığın DSK-lara namizədləri barədə məlumat veriblər. Daxil olan müraciətlər əsasında 14 saylı Əzizbəyov ikinci, 45 saylı Abşeron, 77 saylı Astara, 80 saylı İmişli-Beyləqan, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrinin dairə seçki komissiyasının bəzi üzvləri vəzifələrindən çıxarılıb. 14, 77 və 80 saylı dairə seçki komissiyalarına isə yeni üzvlər təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR