Bank Of Baku

Bir sıra DSK-lar üçün yeni binalar tikilir

Bir sıra DSK-lar üçün yeni binalar tikilir
# 26 aprel 2007 16:17 (UTC +04:00)
Bir sıra dairə seçki komissiyaları (DSK) üçün yeni binaların tikintisinə başlanıb. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib. O bildirib ki, aparılan monitorinqlər nəticəsində bir sıra DSK-ların normal iş şəraitinə malik olmadığı aydınlaşıb. Problemin həlli üçün müvafiq dövlət qurumlarına müraciət edildiyini deyən M. Pənahov artıq lazımı addımların atıldığını söyləyib. MSK sədri DSK-ların təxminən 70 faizinin iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü vurğulayıb. O, prosesin 2007-ci ilin sonuna kimi başa çatacağını qeyd edib. M. Pənahov yaxın günlərdə tikintisi başa çatmış bəzi DSK-ların binalarının açılışının keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR