Bank Of Baku

Səməd Seyidov Marşal Fondunun forumunda iştirak etmək üçün Brüsselə gedib

Səməd Seyidov Marşal Fondunun forumunda iştirak etmək üçün Brüsselə gedib
# 27 aprel 2007 08:17 (UTC +04:00)
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Marşal Fondunun təşəbbüsü ilə keçiriləcək forumda iştirak etmək üçün Brüsselə gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda Qara dəniz regionunun perspektivləri, Britaniyada siyasi vəziyyət, Fransada növbəti prezident seçkiləri, Avropa və Şimali Afrika əlaqələri, Mərkəzi Asiyada stabilliyin yaranması, alternativ enerji mənbələri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. S. Seyidov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikirlərini açıqlayacaq. Səfər mayın 1-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR