Bank Of Baku

YUNESKO baş direktorunun müavini Moyent Sunyit: “İslamın terrorçuların əlində alətə çevrilməsi mədəniyyətimizə təhlükə yaradır”

YUNESKO baş direktorunun müavini Moyent Sunyit: “İslamın terrorçuların əlində alətə çevrilməsi mədəniyyətimizə təhlükə yaradır”
# 27 aprel 2007 10:11 (UTC +04:00)
Bakıda keçirilən “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfrans bu gün işini bölmələrdə davam etdirib. APA-nın məlumatına görə, təhsil və universal dəyərlərə həsr olunmuş birinci seksiyada YUNESKO baş direktorunun müavini Moyent Sunyit məruzə ilə çıxış edib. Hazırda ən əhəmiyyətli məsələnin islamın terrorla eyniləşdirilməsi mifini dağıtmaq olduğunu deyən məruzəçinin sözlərinə görə, islamın terrorçuların əlində alətə çevrilməsi mədəniyyətimizə təhlükə yaradır. O, müxtəlif ölkələrdə dini əsaslarda baş verən toqquşmaların narahatçılıq doğurduğunu deyib. Yaponyanın Titotsubaşi Universitetinin professoru Naita Masalori islamda qadınların baş örtüyünə münasibət bildirib. Onun sözlərinə görə, islam dinində başını örtməyən qadının ömürlük cəhənnəmə düşdüyü bildirilir: “Amma hazırda müxtəlif islam ölkələrində baş örtməyən qadınlar var”. Natiq terrorçuları dini mənsubiyyətə görə dəyərləndirməkdə ehtiyatlı olmağa çağırıb. İclasın həmsədri, ABŞ-ın Karnel Universitetinin professoru isə islamı maarifləndirməni vacib sayıb. Onun sözlərinə görə, bu məsələdə islamçı alimlər, imamlar və kütləvi informasiya vasitələri böyük rol oynaya bilər. Konfrans öz işini bölmələrdə davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR