Bank Of Baku

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib
# 27 aprel 2007 13:51 (UTC +04:00)
APA-nın məlumatına görə, təyin olunmuş vaxtda səfirlik binasının qarşısına gələn AMİP-çilərin piket keçirməsinə polislər mane olub. Bakı şəhər İcra Hakimiyyətinin piketə icazə vermədiyini bildirən Səbael rayon polis idarəsinin əməkdaşları aksiya iştirakçılarından 6-nı saxlayıblar. Buna baxmayaraq, digər iştirakçılar İran əleyhinə şüarlar səsləndiriblər. Polis piketin qətnaməsinin oxunmasına şərait yaratmadığından AMİP-çilər onu jurnalistlərə paylamalı olublar. Qətnamədə İranın “Aftabe Yəzd” qəzetinin soydaşlarımızı təhqir etdiyi üçün cəzalandırılması, İranın Azərbaycana qarşı təxribatlardan çəkinməsi, Milli Hərəkatın fəallarına qarşı təzyiqlərin dayandırılması və güneydə yaşayan Azərbaycanlıların ana dilində təhsil almaları üçün şərait yaradılması tələb olunub. Təxminən 15 dəqiqə davam edən aksiyada insident baş verməyib. Polis əməkdaşları bildiriblər ki, saxlanılan piketçilər 9-cu polis bölməsinə aparılıblar və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılacaqlar. AMİP-çilər bu tipli aksiyaların davam edəcəyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR