Bank Of Baku

Arzu Səmədbəyli: “Müsavatın təkliflərinə “Azadlıq” blokunun qərəzli yanaşması təəssüf doğurur ”

Arzu Səmədbəyli: “Müsavatın təkliflərinə “Azadlıq” blokunun qərəzli yanaşması təəssüf doğurur ”
# 27 aprel 2007 11:10 (UTC +04:00)
““Azadlıq” blokunun Seçki Məcəlləsinin təkmilşləşdirilməsi ilə bağlı Müsavat Partiyasının irəli sürdüyü təkliflərə qərəzli yanaşmasına təəssüf edirik. Bəzi müttəfiqlərimiz gücləri birləşdirib hakimiyyətə qarşı mübarizə aparmaq əvəzinə Müsavatı özlərinə rəqib görür və onunla mübarizə aparırlar”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasından millət vəkili Arzu Səmədbəyli “Azadlıq” blokunun rəhbərlərinin Müsavatın hazırladığı qanun layihəsinin hakimiyyətin xeyrinə işləməsi ilə bağlı ittihamlarını cavablandırarkən deyib. MSK-nın paritet əsaslarla formalaşdırılmasının müxalifətin əsas tələbi olduğunu bildirən A. Səmədbəyli Müsavatın hazırladığı layihədə fərqli variantların da nəzərdə tutulduğunu bildirib: “Sənəd hazırlanan ana qədər ümumi müzakirələrdən keçən və məqbul saydığımız variantlar təklif edilib. Kiminsə ayağından dartıb qabağa keçməyə çalışmaqla heç nəyə nail olmaq mümkün deyil. Bu günə qədər məhz bizim işimizə mane olan əsas bu amil olub. Bu da işin xeyrinə olan variant deyil. Biz ümumilikdə bir yerdə mübarizədə önə keçə bilərik”. A. Səmədbəyli təkliflərin elan olunmasına baxmayaraq, müxalifət qüvvələrinin bir araya gəlib ümumi mövqedən çıxış etmək üçün müzakirələri mümkün sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR