Bank Of Baku

Bakıda Avropa Gənclər Forumunun toplantısı başlayıb

Bakıda Avropa Gənclər Forumunun toplantısı başlayıb
# 27 aprel 2007 11:35 (UTC +04:00)
Bu gün Azərbaycanda müsəlman ölkələri arasında ilk dəfə olaraq Avropa Gənclər Forumunun (AGF) iclası öz işinə başlayıb. APA-nın məlumatına görə, 44 ölkədən 75 beynəlxalq təşkilatın 150-yə yaxın nümayəndəsinin qatıldığı tədbir iki gün davam edəcək. İclasda Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub. AGF-nin prezidenti Betina Şvarsmayer bildirib ki, rəhbərlik etdiyi təşkilatın iştirakı ilə Azərbaycanla Avropa ölkələri arasında xüsusi layihənin icrasına başlanacaq. Layihə çərçivəsində Avropa ilə Azərbaycan arasında 1 illik kadr mübadiləsi, gənclərin müxtəlif sahələrdə biliklərinin artırılması və onlarla işləyən insanların səviyyəsinin yüksəldilməsi üçün treninq və seminarların təşkili planlaşdırılır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Fuad Muradov belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyəti olduğunu deyib. O, ölkədə gənclərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bu günə kimi Azərbaycanda 170-ə qədər uşaq və gənclər təşkilatının rəsmi qeydiyyata alındığını açıqlayıb. Ermənistanın Azərbaycana təcavüzündən danışan nazirin sözlərinə görə, bu təcavüz nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb ki, onların da əksəriyyəti uşaq və gənclər olub. Toplantıda Danimarka və Norveçdən olan bəzi gənclər təşkilatlarının nümayəndələri A. Rəhimova Dağlıq Qarabağ problemindən danışdığına görə irad tutublar. Onlar daha çox gənclərin problemindən danışmağı tövsiyə ediblər. Buna cavab olaraq A. Rəhimov təbir iştirakçılarına Azərbaycan həqiqətləri haqqında məlumat çatdırdıqlarını bildirib. Nazir eyni zamanda həmin gənclər təşkilatlarının nümayəndələrini nəzakətli olmağa dəvət edib.
Qeyd edək ki, iclasda İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə AGF arasında əməkdaşlıq Memorandumu imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR