Bank Of Baku

Müsavat Partiyası aprelin 29-da sanksiyalaşdırılmış yürüş-mitinq keçirəcək

Müsavat Partiyası aprelin 29-da sanksiyalaşdırılmış yürüş-mitinq keçirəcək
# 27 aprel 2007 11:55 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 29-da yürüş-mitinq keçirməsinə icazə verib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, aksiya Həzi Aslanov metro stansiyasının qarşısından yürüşlə başlayacaq və Ukrayna meydanında mitinqlə davam edəcək. A. Hacılının sözlərinə görə, yürüş-mitinqə AMİP, KXCP, Qərbi Azərbaycana Qayıdış Birliyi, İrəvan Azadlıq Təşkilatı və Müsavatın müttəfiqi olan partiyalar qatılacaqlar. Aksiyada hökumətin enerji daşıyıcılarının və digər kommunal xidmətlərin qiymətlərinin artırması ilə bağlı qərarına etiraz ediləcək və bu qərarın dəyişdirilməsi tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR