Bank Of Baku

Eldar Namazov: “Metyu Brayzanın açıqlamaları göstərir ki, tərəflər saziş imzalamağa yaxın deyillər”

Eldar Namazov: “Metyu Brayzanın açıqlamaları göstərir ki, tərəflər saziş imzalamağa yaxın deyillər”
# 27 aprel 2007 12:08 (UTC +04:00)
“ABŞ Dövlət Departamentinin 2006-cı ildə insan hüquqlarının vəziyyətinə dair hesabatına etdiyi son dəyişiklik Azərbaycanın xeyrinədir. Bu bir daha Azərbaycanın regionda öz iqtisadi potensialına, geostrateji mövqeyinə görə Cənubi Qafqazın aparıcı dövlət olduğunu sübut etdi”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov verib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyi düzgün mövqe tutaraq təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələri müvəqqəti dayandırmaq, bu məsələ öz həllini tapana qədər nümayəndə heyətinin Vaşinqtona səfərini təxirə salmaq barədə qərar qəbul edib: ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ probleminin həll ilə bağlı açıqladığı prinsiplərə gəldikdə, E. Namazov bildirib ki, bu prinsiplərdə heç bir yenilik yoxdur. Politoloq ötən il Vyana görüşündən sonra eyni prinsiplərin açıqlandığını qeyd edib: “Brayzanın açıqlamasından başa düşmək olur ki, tərəflər hələ razılığa yaxın deyillər. Ona görə ki, Brayza Kəlbəcər və Laçın məsələsinin, sülhməramlı qüvvələrin formatı və tərkibinin, gələcəkdə referendumun əvəzinə hansısa ümumi səsvermə məsələləri müzakirə olunduğunu bildirib. Ən azı 7-8 ildir ki, bu məsələlər müzakirə olunur və öz həllini tapmayıb. Bu gün də eyni məsələlər müzakirə olunursa, deməli, tərəflər saziş imzalamağa yaxın deyillər”. E. Namazov Azərbaycan və Ermənistanda seçkilər başa çatmayana qədər 2008-ci ilin sonuna kimi danışıqlarda nəzəri cəhətdən də hər hansı irəliləyişin olması mümkün saymadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR