Bank Of Baku

ABŞ-ın ATƏT-dəki keçmiş səfiri Stifan Minikes: “Qeyri-hökumət təşkilatları olmasa, dövlətlər inkişaf etməkdə çətinlik çəkər”

ABŞ-ın ATƏT-dəki keçmiş səfiri Stifan Minikes: “Qeyri-hökumət təşkilatları olmasa, dövlətlər inkişaf etməkdə çətinlik çəkər”
# 27 aprel 2007 12:40 (UTC +04:00)
“Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfransın bu gün bölmələrdə keçirilən ikinci iclasının mövzusu “Dövlət və cəmiyyət: tərəfdaş, yoxsa rəqib?” olub. APA-nın məlumatına görə, iclasa həmsədrlik edən ABŞ-ın ATƏT-dəki keçmiş səfiri Stifan Minikes demokratiyanın 5 min illik tarixə malik olduğunu və mülki cəmiyyətsiz demokratiyanın olmadığını söyləyib. O, mülki cəmiyyəti hökumətin dostu, ölkənin siyasi və iqtisadi uğurlarının qarantı adlandırıb. Səfirin fikrincə, nə dövləti, nə də cəmiyyəti bir birindən ayırmaq olmaz. “Qeyri-hökumət təşkilatları olmasa, dövlətlər inkişaf etməkdə çətinlik çəkər, çünki, qeyri-hökumət təşkilatları hökumət qarşısında ciddi məsələlər qaldırır. Hökumət ilə mülki cəmiyyət tərəfdaş olmalı, bir-birini tamamlamalı, bir-birinə arxa olmalıdır. Vəhdətlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz”. İclasın digər həmsədri, İslam Konfransı Təşkilatı baş katibinin məsləhətçisi Saadəddin Taib mülki cəmiyyətlərin vəzifəsinin bəzən təhrif olunduğunu dilə gətirib. O hesab edir ki, totalitar rejimli ölkələrdə mülki cəmiyyət barədə söhbət gedə bilməz, çünki demokratiyaya rəvac vermə mülki cəmiyyətin inkişafı ilə çiyin-çiyinə baş verməlidir: “Mülki cəmiyyətin medianın inkişafında çox böyük rolu var, çünki, cəmiyyəti narahat edən məsələləri diqqət mərkəzində saxlayır. Mülki cəmiyyət dövlətdən asılı olmamalı və cəmiyyətə xidmət göstərməlidir”. Daha sonra həmsədrlər konfrans iştirakçılarının suallarını cavablandırıblar. İclasda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında mülki cəmiyyətin rolu” adlı daha bir konfrans keçirilməsi təklifi irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR