Bank Of Baku

Azərbaycan NATO Parlament Assambleyasında Rusiyanın Ermənistana silah verməsi və qanunsuz silahlar üzərində nəzarətlə bağlı məsələ qaldıracaq

Azərbaycan NATO Parlament Assambleyasında Rusiyanın Ermənistana silah verməsi və qanunsuz silahlar üzərində nəzarətlə bağlı məsələ qaldıracaq
# 27 aprel 2007 13:20 (UTC +04:00)
NATO Parlament Assambleyasının mayın sonunda Portuqaliyada keçiriləcək iclasında Azərbaycan nümayəndə heyəti Rusiya tərəfindən Ermənistana silah verilməsi və qanunsuz silahlar üzərində nəzarətlə bağlı məsələ qaldıracaq. Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, hər iki məsələ Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb olan amillərdir. S. Novruzov gündəlikdə olan və əlavə mövzularla bağlı məsələlər qaldıracaqlarını da bildirib: “Biz Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı da bir sıra problemləri gündəmə gətirmək niyyətindəyik. Bu barədə konkret müəyyən olunmuş məsələlər də var. Amma bunu əvvəlcədən elan etmək istəmirik. Çünki bu barədə KİV-ə məlumat verən zaman erməni tərəfi alternativ layihələr hazırlayır”. S. Novruzov NATO PA-nın gündəliyində əsasən İran və Əfqanıstanla bağlı məsələlərin, Cənubi Qafqaz regionu ilə bağlı isə enerji təhlükəsizliyi mövzusunun gündəliyə salındığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR