Bank Of Baku

ADP qurultaya hazırlığı başa çatdırır

ADP qurultaya hazırlığı başa çatdırır
# 27 aprel 2007 13:31 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) gələn həftə qurultaya hazırlıq işlərini yekunlaşdıracaq. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, növbəti həftə ərzində partiyanın daha 10 rayon təşkilatında konfranslar keçiriləcək. H. Rüstəmov 63 rayon təşkilatından yalnız 5-də qurultayın baş tutmayacağını qeyd edib. Təşkilat Komitəsi gələn həftə qurultayın dəqiq vaxtını və keçiriləcəyi yeri də müəyyənləşdirəcək. H. Rüstəmov bildirib ki, onlar qurultayı Şəhriyar Mədəniyyət Mərkəzi və ya Rəşid Behbudov adına Mahnı Teatrının binasında keçirmək fikrindədirlər: “Bizim şəhərdən kənarda qurultay keçirmək fikrimiz yoxdur. Əgər bilsək ki, bizə şəhərdən kənarda yer ayıracaqlar, o zaman şəhər rəhbərliyinə müraciət etməyəcəyik, özəl bir yerdə qurultay üçün zal alacağıq. Tədbir üçün 400 nəfərlik yer kifayətdir. Çünki qurultayda təxminən 300 nümayəndə iştirak edəcək və bir sıra qonaqlarımız olacaq”. H. Rüstəmov qurultaya Azərbaycandakı bütün siyasi qüvvələrin nümayəndələrinin dəvət olunacağını deyib. H. Rüstəmov hələlik sədrliyə Sərdar Cəlaloğludan başqa heç kimin namizədliyinin irəli sürülmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR