Bank Of Baku

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş iyunun 10-da Sank-Peterburqda keçiriləcək

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş iyunun 10-da Sank-Peterburqda keçiriləcək
# 27 aprel 2007 13:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan prezidenti Robert Köçəryan İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşdə danışıqların növbəti raundunun yeri və tarixini açıqlayıb: “Hazırda həmsədrlər görüşün təşkilinə çalışırlar. Görüş çox güman ki, iyunun 10-da Sankt-Peterburqda keçiriləcək. Bu görüşdən sonra nizamlanma prosesinin hansı mərhələdə olduğuna aydınlıq gətiriləcək. Bu günlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib, bu görüş əvvəlkinə nisbətən yumşaq atmosferdə davam edib. Görünür, məhz bu amil danışıqlar prosesi ilə bağlı optimizmi artırıb, lakin mən o dərəcədə də optimist deyiləm”. APA-nın məlumatına görə, iyunun 8-10-da Sankt-Peterburqda iqtisadi sammit keçiriləcək. Sammitə Azərbaycan və Ermənistan dövlət başçılarının qatılacağı gözlənilir. İki prezident arasında görüş də bu sammit çərçivəsində baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR