Bank Of Baku

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər gələn həftə tam yekunlaşa bilər

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər gələn həftə tam yekunlaşa bilər
# 27 aprel 2007 14:12 (UTC +04:00)
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər gələn həftənin sonunda tam yekunlaşa bilər. Bu barədə APA-ya Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi Feyruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, gələn həftə məzarın üzərindəki heykəlin ətrafına emalatxanada xüsusi hazırlanmış daş lövhələr düzüləcək. F. Əsgərov bu işin sonuncu mərhələ olduğunu deyib: “Ümumilikdə qəbirüstü abidə hazırdır. Sonradan əlavə və dəyişikliklər edilməməsi üçün daşların quraşdırılması prosesində mən də iştirak edəcəyəm. Çalışacağıq ki, məzarüstü abidə Əbülfəz Elçibəyin adına layiq olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR