Bank Of Baku

Milli Demokratik Qüvvələr Birliyi hökuməti torpaqlarımızın işğaldan azad olunması məsələsində də prinsipiallıq göstərməyə çağırır

Milli Demokratik Qüvvələr Birliyi hökuməti torpaqlarımızın işğaldan azad olunması məsələsində də prinsipiallıq göstərməyə çağırır
# 27 aprel 2007 14:29 (UTC +04:00)
Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının (MDQB SŞ) toplantısı keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi proseslər və ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatına edilən dəyişikliyin sonradan düzəldilməsi müzakirə olunub. MDQB ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatını Azərbaycanın etirazı ilə yenidən əvvəlki varianta qaytarmasını təqdirəlayiq sayıb: “Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan hökuməti milli və dövlət maraqlarının müdafiəsində prinsipiallıq göstərəndə istədiyinə nail ola bilir. Belə bir prinsipiallıq torpaqlarımızın işğaldan azad olunması ilə bağlı məsələlərdə də nümayiş etdirilməlidir.” MDQB SŞ-nin toplantısında Milli Parkın genişləndirilməsi barədə dövlət rəsmilərinin açıqlamaları da müzakirə edilib. Müzakirələrdə Milli Parkın Şıx çimərliyindən Zığ qəsəbəsinə qədər uzadılması məqbul sayılmayıb: “Milli Parkın bu qədər uzadılması təxminən 12-13 kilometr məsafəni əhatə edir ki, göstərilən istiqamətdə də çoxlu neft müəssisələri yerləşir. Milli Parkın bu qədər uzadılması milyardlarla dollar vəsait tələb edir. Bu, çox böyük vəsaitdir və Azərbaycanın indiki durumunda ölkədə milyardlarla dolların qeyri-istehsal sahəsinə yönəldilməsi düzgün deyil. Hesab edirik ki, hökumət iri sənaye müəssisələrini sökməkdənsə, onların dirçəldilməsinə diqqət yetirməli, müharibə vəziyyətində olan Azərbaycanın iqtisadiyyatını hərbi-sənaye relsinə keçirməlidir. Ölkə iqtisadiyyatının bel sütunu olan iri müəssisələrin sökülməsi həm də Azərbaycan iqtisadiyyatına ciddi zərbədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR