Bank Of Baku

“Dözümlüyün və qarşılıqlı anlaşmada KİV-in rolu” konfransında “Dünyada beynəlxalq dialoq” mövzusu ətrafında müzakirələr başlayıb

“Dözümlüyün və qarşılıqlı anlaşmada KİV-in rolu” konfransında “Dünyada beynəlxalq dialoq” mövzusu ətrafında müzakirələr başlayıb
# 27 aprel 2007 14:37 (UTC +04:00)
Bakıda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq konfrans davam edir. APA-nın məlumatına görə, günün ikinci yarısında iştirakçılar “Dünyada beynəlxalq dialoq” mövzusu ətrafında müzakirələr aparıblar. Konfransda çıxış edən İndoneziya Xarici İşlər Nazirliyinin departament direktoru Dau Diton mətbuat və cəmiyyətin inkişafını paralel proses kimi dəyərləndirib. Onun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s) karikaturası ətrafında qalmaqal zamanı Norveç hökumətinin dəstəyi ilə media vasitələri arasında dialoq keçirilib və bu dialoq ifadə azadlığının layiqincə istifadəsinə həsr olunub. Dau Ditonun sözlərinə görə, iyunda Norveçdə ikinci belə konfrans keçiriləcək. Konfransda çıxış edən Ukraynanın “V kanal” telekanalının əməkdaşı İqor Kesarenko ölkəsində əsasən provaslavlarla müsəlmanlarda yaşadığını bildirib. O, Ukraynada Azərbaycanın icmasının formalaşması barədə ətraflı məlumat verib və bir ay bundan əvvəl Azərbaycan şerlərinin Ukrayna dilində çap olunduğunu deyib. Tədbirdə çıxış edən Azərbaycanda alban udin xristian icmasının nümayəndəsi Robert Mobili ölkədə kilsələrin bərpa olunduğunu vurğulayıb. O Qəbələ rayonunun Nic kəndində 2000 yaşı olan kilsənin bərpa edildiyini, udinlərin həmin kilsədən istifadə etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR