Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın fəaliyyət istiqamətləri və strukturu müəyyənləşəcək

Demokratiya Uğrunda İttifaqın fəaliyyət istiqamətləri və strukturu müəyyənləşəcək
# 27 aprel 2007 14:48 (UTC +04:00)
Mayın 2-də Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısında qurumun fəaliyyət istiqamətləri və strukturu müəyyənləşdiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov məlumat verib. O bildirib ki, DUİ-nun işlək quruma çevrilməsi üçün sədr aparatı formalaşdırılmalıdır. İ. Həmidov qurumun mayın 2-də keçiriləcək toplantısında bu barədə təkliflə çıxış edəcəyini deyib: “Demokratiya Uğrunda İttifaqın fəaliyyətini koordinasiya etmək üçün partiya sədrləri hər ay növbə ilə quruma rəhbərlik etməlidir. Təşkilatın Məclisi də formalaşdırılmalıdır ki, burada da partiyalardan olan nümayəndələr lazımi məsələləri müzakirə etməlidirlər. İcra mexanizmi isə Sədrlər Qrupunda olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR