Bank Of Baku

Xətai İcra Hakimiyyətində birinci rübün yekunlarına həsr olunmuş müşavirə keçirilib

Xətai İcra Hakimiyyətində birinci rübün yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 27 aprel 2007 15:01 (UTC +04:00)
Bu gün Xətai rayon İcra Hakimiyyətində 2007-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib. İH-nin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aprelin 13-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşılarına bir sıra öhdəliklər qoyulduğunu bildirib: “Son bir neçə ayda rayonumuzda bir sıra yenidənqurma və abadlıq işləri həyata keçirilib. Bu işlər bundan sonra da davam etdiriləcək”. Sonra İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov 2007-ci ilin birinci rübündə rayonun iqtisadi göstəriciləri, aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verib. Müşavirədə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hüseyn Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Qaz İstismar İdarəsinin rəisi Rəfil Əliyev və başqaları çıxış edərək birinci rübdə əldə etdikləri nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Müşavirənin sonunda toplantı iştirakçıları adından dövlət başçısına müraciət ünvanlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR