Bank Of Baku

Yuri Merzlyakov: “Görüşün iyunun 10-da Sankt-Peterburqda keçirilməsində çox şey Robert Köçəryan və İlham Əliyevdən asılıdır”

Yuri Merzlyakov: “Görüşün iyunun 10-da Sankt-Peterburqda keçirilməsində çox şey Robert Köçəryan və İlham Əliyevdən asılıdır”
# 27 aprel 2007 13:47 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-inj Minsk Qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov verib. O, hər iki prezident razılıq verəcəyi təqdirdə görüşün iyunun 10-da Sankt-Peterburqda baş tutacağını vurğulayıb. ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye isə APA-ya verdiyi eksklüziv açıqlamada prezidentlərin Ermənistanda parlament seçkilərindən tez görüşməsinin mümkünsüz olduğunu deyib: “Biz son bəyanatımızda qeyd etmişik ki, Ermənistanda parlament seçkilərindən sonra İlham Əliyev və Robert Köçəryan arasında görüş təşkil etməyə çalışacağıq. Hazırda görüşə hazırlıqla məşğuluq. Ümidvaram ki, prezidentlərin görüşü iyunun 10-da Sankt-Peterburqda baş tutacaq”. Qeyd edək ki, Ermənistan prezidenti Robert Köçəryan bu gün İrəvan Dövlət Universitetində çıxışı zaman Azərbaycan prezidenti ilə görüşün iyunun 10-da Sankt-Peterburqda baş tutacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR