Bank Of Baku

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinə iyunun 10-da Sankt-Peterburqda görüşməyi təklif ediblər

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinə iyunun 10-da Sankt-Peterburqda görüşməyi təklif ediblər
# 27 aprel 2007 11:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Azərbaycan prezidentinin həmin toplantıda iştirak edəcəyini təsdiqləyən nazir bildirib ki, təklifi qəbul edib-etməmək dövlət başçısının səlahiyyətindədir. E. Məmmədyarov həmsədrlərin Ermənistandakı parlament seçkilərindən sonra regiona səfər edəcəklərini deyib. O, seçkidən əvvəl erməni həmkarı Vardan Oskanyanla görüşməsinin mümkün olduğunu söyləyib. Görüş mayın 2-də Brüsseldə NATO-nun “26+1” formulu üzrə keçiriləcək yığıncağı zamanı baş tuta bilər. E. Məmmədyarov Brüsseldən Mərakeşə rəsmi səfərə yollanacaq, sonra prezident İlham Əliyevlə birlikdə Misirə gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR