Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyini məhkəməyə verəcək

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyini məhkəməyə verəcək
# 11 may 2007 11:39 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyini məhkəməyə verməyə hazırlaşır. Bu barədə APA-ya məlumat verən partiya sədri Əli Əliyevin sözlərinə görə, nazirlik VİP-in qeydiyyatı ilə bağlı müraciətinə bu qədər heç bir cavab verməməklə qanun pozuntusuna yol verib. Ə. Əliyev mayın sonunda partiyanın təsis olunmasının bir ilinin tamam olacağını və sənədin məhkəməyə iyunda təqdim ediləcəyini bildirib: “Biz məhkəmənin iddiamızı təmin etməyəcəyini də bilirik. Amma Azərbaycandakı məhkəmə instansiyalarını keçib Avropa İnsan Haqları Məhkəməsinə çıxmaq niyyətindəyik”. Ə.Əliyev partiyanın qeydiyyat sənədlərinin tam qaydasında olduğunu və heç bir hüquqi problemin olmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR