Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Minsk Qrupunun həmsədrləri, “Aqo” qrupunun üzvləri və Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Minsk Qrupunun həmsədrləri, “Aqo” qrupunun üzvləri və Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüşüb
# 11 may 2007 11:47 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, dünən axşam E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqlar aparıb. Nazir, həmçinin, Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” qrupunun (Azərbaycan və Ermənistanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqini keçirən xüsusi qrup) üzvləri və AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberqlə də görüşlər keçirib.
Qeyd edək ki, Nazirlər Komitəsinin sessiyanın gündəliyindəki əsas məsələlərdən biri Monteneqronun (Çernoqoriya) AŞ-yə 47-ci üzv kimi qəbul edilməsi, AŞ-nin Varşava sammitində qəbul edilmiş qərarların icrasıdır. Sessiya işini bu gün davam etdirəcək. onu da əlavə edək ki, sessiya çərçivəsində Nazirlər Komitəsinə sədrlik San-Marinodan Serbiyaya keçəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR