Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 14 may 2007 14:08 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Polşanın Krakov şəhərində keçirilən enerji sammitinin nəticələri, GUAM üzvü olan dövlət başçılarının Bakıda keçiriləcək zirvə toplantısı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İdarə Heyəti Krakov sammitinin nəticələrini müsbət dəyərləndirib. Qeyd olunub ki, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində göstərilən səylər davam etdirilməlidir. Müzakirə edilən digər məsələ Azərbaycan Xalq Cümhuriyyətinin 89-cu ildönümünün qeyd olunması ilə bağlı olub. Toplantıda partiyanın müvafiq strukturlarının iştirakı ilə regional müşavirələrin keçirilməsi barədə də qərar qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR